ÇL-in finalı İstanbuldan alınır –Sensasion iddia

30-05-2020, 10:17           
ÇL-in finalı İstanbuldan alınır –Sensasion iddia
UEFA Çempionlar Liqasının finalının ev sahibliyini İstanbuldan almaq barədə düşünür.

Qol.az-ın xəbərinə görə, bu haqda “Sky Italia” məlumat yayıb. Mənbə bildirib ki, qitənin futbol qurumu Türkiyədə koronavirus pandemiyasının sabitləşməyəcəyindən və təşkilatçıların insanların təhlükəsizliyini təmin edə bilməyəcəyindən narahatdır.

Avqustda keçirilməsi nəzərdə tutulan finalın Almaniyada oynanılmasının planlaşdırıldığı iddia edilib.

ABŞ-ın “Nyu-York Tayms” qəzeti də finalın İstanbuldan alınacağını yazıb. Qəzet yazıb ki, finalın Lissabonda keçirilməsi gözlənilir.

Hələlik bu iddialarla bağlı UEFA-nın mövqeyi bilinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru