Premyer Liqa nəhənginin ulduzunu "Fənərbağça"ya gəlir

31-05-2020, 00:21           
Premyer Liqa nəhənginin ulduzunu "Fənərbağça"ya gəlir
ürkiyənin "Fənərbağça" klubu növbəti mövsümə hazırlıqlarını davam etdirir.

Press.az xəbər verir ki, "sarı-larcivərtlilər" heyətini ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.

Belə ki, İstanbul təmsilçisi "Çelsi"nin üzvü Pedro Rodriqezi sıralarına qatmaq istəyir.

Bu transferin reallaşmasında isə "Fənərbağça"nın idman direktoru olacaq Emre Belözoğlu birbaşa iştirak edir. Təcrübəli futbolçu bu yaxınlarda rəsmən sözügedən vəzifəyə təyin ediləcək və onun ilk transfer işi ispaniyalı oyunçu olacaq.

İngiltərə saytlarından birinin yazdığına görə, artıq tərəflər arasında danışıq olub. Bununla belə 32 yaşlı Pedronun xidmətində PSJ və "Roma" kimi klublar da maraqlıdır.

Qeyd edək ki, Pedro 2015-ci ildə "Barselona"dan "Çelsi"yə transfer edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.