“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh etdi

31-05-2020, 08:54           
“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh etdi
İspaniyanın “Barselona” klubunun baş məşqçisi Kike Setyen mövsümün yerdə qalan oyunlarında əlavə iki əvəzetməyə icazə verilməsinə münasibət bildirib.

“AS” agentliyinə müsahibə verən mütəxəssis bildirib ki, qərar “Barselona”nın oyun tərzinə təsir etməyəcək:

“Biz qarşılaşmanın taleyini oyunun sonlarında həll edirik. Əgər rəqib komanda matçın sonlarında yeni futbolçuları döyüşə atarsa, üstünlüyümüzü itirə bilərik. Amma bu, eyni zamanda, bizə əlavə ehtiyatlar əldə etməyə müəyyən vaxt da qazandıracaq”.

K.Sityen uzun müddət futbolsuz qalan oyunçuların psixoloji durumundan da söz açıb.

Kataloniya klubunun baş məşqçisi hesab edir ki, futbolçular psixoloji olaraq istirahət ediblər və uzunmüddətli fasilədən sonra meydana çıxmaq onlar üçün yaxşı motivasiyadır.milletinsesi/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru