“Bavariya”nın müdafiəçisi sıradan çıxdı

31-05-2020, 18:34           
“Bavariya”nın müdafiəçisi sıradan çıxdı
“Bavariya”nın futbolçusu Lukas Hernandes zədələnib.

Qol.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Hansi Flik Bundesliqanın 29-cu turunun “Fortuna” ilə oyunundan (5:0) sonra deyib. O, fransız müdafiəçinin zədələndiyini və buna görə də, fasilədə əvəzləndiyini bildirib. Futbolçunun son durumu barədə tibbi müayinədən sonra açıqlama veriləcək.

Qeyd edək ki, "Fortuna" ilə oyuna start heyətdə başlayan Hernandes, ikinci hissədə Mikael Kyuizansla əvəzlənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.