Daha bir ölkədə azarkeşlərin stadiona buraxılmasına razılıq verildi

3-06-2020, 11:13           
Daha bir ölkədə azarkeşlərin stadiona buraxılmasına razılıq verildi
Koronavirus pandemiyasına görə yarıda qalmış futbol üzrə Bolqarıstan çempionatının iyunun 5-də bərpa olunacağını xəbər vermişdik.

“Qafqazinfo” xəbər verir ki, bu ölkədə milli çempionatın oyunlarına azarkeşlər də buraxılacaq.

Daha öncə bütün oyunların azarkeşsiz keçiriləcəyi bəyan olunsa da, son qərara əsasən, stadionlara fanatların buraxılmasına icazə verilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, tribunaların 30 faizdən çox hissəsi dolmamalıdı. Bu qərar birinci və ikinci liqanın oyunlarına şamil olunacaq.

Qeyd edək ki, Bolqarıstan çempionatında geridə qalan 24 tur ərzində 55 xal toplamış “Ludoqorets” zirvədə qərarlaşıb. Bu komandanın əsas izləyiciləri olan “Lokomotiv” (Plovdiv), “Sofiya” (Levski) və ÇSKA (Sofiya) isə 46 xala malikdi. Bolqarıstanda futbol yarışları martın 13-də dayandırılıb. Yeni təqvimə əsasən, mövsüm iyulun 11-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru