"Barselona" 19 yaşlı yetirməsini geri qaytarmaq istəyir

3-06-2020, 12:13           
"Barselona" 19 yaşlı yetirməsini geri qaytarmaq istəyir
"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya "Barselona"ya qayıda bilər.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, klublar arasında Nelson Semedunun transferi ilə bağlı gedən danışıqlar zamanı "Barselona" Qarsiyanın keçidinə diqqət çəkib.

19 yaşlı futbolçu "Barselona"nın yetirməsidi. Qarsiya 2017-ci ildə "Siti"nin akademiyasına qoşulub və iki il sonra əsas komandada debüt edib.

"Şəhərlilər" ispan oyunçu ilə yolları ayırmaq barədə düşünmür. Bununla belə, "Barselona" cəhdlərini dayandırmaq niyyətində deyil.

Fanat.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru