Rakitiç "Barselona"dan ayrılmaq istəmir

8-06-2020, 00:00           
Rakitiç "Barselona"dan ayrılmaq istəmir
“Barselona”nın futbolçusu İvan Rakitiç son vaxtlar komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “AS” nəşrinə açıqlamasında hələ bir müddət Kataloniya klubunda qalacağını düşündüyünü deyib:
“Mənə başqa şeylər haqda düşünmək lazım deyil. Son vaxtlar yaxşı məşq edirəm, özümü yaxşı hiss edirəm və əminəm ki, hələ daha bir müddət “Barselona”da qalacağam. Mövsüm bərpa olunduqdan sonra şadlanmaq və əylənmək niyyətindəyəm. Bu isə o deməkdir ki, “Barseloan” ilə daha çox kubok qazana bilərəm”.
Qeyd edək ki, “Barselona”nın Rakitiçi satmaq istədiyi haqda xəbərlər yayılıb. Onun adı daha çox “İnter”lə hallanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru