Milyonların sevimlisi yenə əməliyyat olunacaq

11-06-2020, 00:00           
Milyonların sevimlisi yenə əməliyyat olunacaq
Məşhur idmançı buna bənzər proseduru hələ ötən ilin sentyabrında Paris xəstəxanalarından birində keçib.

"Formula-1" üzrə yeddiqat çempion Mixail Şumaxer yaxın günlərdə ürək toxumalarına kök hüceyrələrinin daxil edilməsi üzrə eksperimental əməliyyat keçirəcək. Bu barədə Sputnik Azərbaycan "GrandPX"-ə istinadən xəbər verir.

İdmançı buna bənzər proseduru hələ ötən ilin sentyabrında Paris xəstəxanlarından birində keçib. Əməliyyatın keçirilməsinə məqsəd idmançının sinir sisteminin bərpasıdır. Həkimlər qeyd edirlər ki, belə bir cərrahi müdaxilənin uğurla nəticələnəcəyinə zəmanət verə bilməzlər.

Qeyd edək ki, bu ilin yanvarın 4-də neyro-cərrah Nikola Aççari Şumaxerin durumunda dəyişikliklər barədə danışıb. Onun fikrincə, idmançının siması o dağ-xizək kurortunda xəsarət aldığı vaxtdan xeyli fərqlənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.