Qandonduran etiraf: "5-ci sinifdə ailə üzvlərimin təcavüzünə uğradım"

13-06-2020, 10:15           
Qandonduran etiraf:
NBA təmsilçisi "San Antonio Spurs"da forma geyinən Lonni Ualker uzun illərdi kəsdirmədiyi saçları ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, sosial media hesabından paylaşım edən 21 yaşlı ulduz bu qərarının səbəblərini açıqlayıb.

Təcavüzə uğradığını deyən Ualkerin etirafları şok effekti yaradıb: "Saçımı uzatmağa 5-ci sinifdə oxuyanda başlamışdım. Çünki həmin vaxt təcavüzə uğramışdım. Və saçlarım təhlükəsiz hiss etdiyim o dünyada gizlənə biləcəyim yer kimi görünürdü".

Saçları kəsilərkən duyğusal anlar yaşayan və gözyaşlarına boğulan basketbolçu "5-ci sinifdə oxuyarkən ailə üzvlərimin təcavüzünə uğradım. Uzun müddət həyatımda nəzarət edə biləcəyim tək şey saçlarım oldu. Az qala buna alışırdım. Çünki o yaşda nə olduğunu bilmirsiniz. Dünyanın necə dövran etdiyini bilməyən saf bir uşaq idim.

Son zamanlarda keçmişin xatirələri mənə işgəncə verməyə davam etdi. Bu virus səbəbindən özümə verdiyim görüntünün arxasında kim olduğumu anlamaq üçün güzgüyə baxmağa başladım. Bu yolda sakitlik və daxili xoşbəxtlik tapdım. Hər kəsi bağışladım, haqq etməyənləri belə. Çünki? Çünki ölü bir ağırlıq var idi üstümdə. Zaman heç kimi gözləmir. Niyə onu bu şəkildə boşa xərcləyim ki? Saçlarım özümü hazır hiss etmədiyim dünyaya qarşı etibarsızlığımı gizlədən bir maska idi. Amma indi həmişəkindən daha yaxşıyam. Keçmişin kənarında, yeninin içində. Həyatımı zehinsəl, duyğusal, fiziki və ruhən dəyişdirdim. Həyat hər zaman çətin olacaq: sahib olduğunuz kartlarla oynamalı və qazanan əli tapmağa çalışmalıınız. Və məğlub olarsanız, bu əsla bir yenilgi olmaz" deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.