Həbib və Makqreqor arasında revanş döyüşü olmayacaq

25-06-2020, 08:05           
Həbib və Makqreqor arasında revanş döyüşü olmayacaq
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədovla irlandiyalı boksçu Konor Makqreqor arasında revanş döyüşü keçirilməyəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu onlayn konfrans zamanı rusiyalı idmançının meneceri Əli Abdel-Əziz bəyan edib.

“Makqreqor revanş haqqında danışır, amma Həbib təkrar qarşılaşmağa lüzum görmür. Makqreqor şansını gözləməlidir. Ən azı üç döyüşdə qalib gəlməlidir. İslam Mahaçev isə ilk rəqiblərindən biri olmalıdır”.

Qeyd edək ki, H.Nurməhəmmədov 2018-ci ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində K.Makqreqoru məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru