Azərbaycan çempionatının mükafatçısı həmcinsi ilə evləndi - FOTOLAR

27-06-2020, 00:00           
Azərbaycan çempionatının mükafatçısı həmcinsi ilə evləndi - FOTOLAR
Qadın voleybolçulardan ibarət Almaniya millisinin üzvü Liza Tomsen evlənib.

Fanat.Az xəbər verir ki, bu barədə Almaniya Voleybol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Liza Tomsen həmcinsi olan xanımla alə həyatı qurub. Onlar uzun illər əvvəl bir məclisdə tanış olub və bu müddətə sevgili olublar. İndi isə münasibətlərini rəsmilləşdiriblər.

Qeyd edək ki, Liza Tomsen Azərbaycanda "Azərreyl” (2013/14) və "Lokomotiv” (2014/15) klublarında oynayıb. 34 yaşlı idmançı Azərbaycan çempionatının mükafatçısı olub.

Onu da qeyd edək ki, Almaniyada eynicinslilərin evliliyinə 2017-ci il iyunun 30-dan icazə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru