Ronaldunun İtaliyada qol vurmadığı cəmi bir komanda qaldı

27-06-2020, 09:06           
Ronaldunun İtaliyada qol vurmadığı cəmi bir komanda qaldı
Kriştianu Ronaldu

Turin "Yuventus"unun 35 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının 29-cu turunda "Leççe" ilə oyunda növbəti nailiyyət əldə edib.

Bu barədə “Report” “Opta”ya istinadən xəbər verir.

Bildirilir ki, "Leççe" İtaliyada Kriştianu Ronaldunun qapısına yol açdığı 20-ci komanda olub. Beləliklə, İtaliyada portuqaliyalı hücumçunun qol vurmadığı yalnız bircə komanda qalıb. Bu, Verona "Kyevo"sudur.

Portuqaliyalı 2018/2019-cu illər mövsümündə Verona klubu ilə ev oyununda da bu şansa malik olub, ancaq Ronaldu penaltini dəqiq yerinə yetirə bilməyib.

Xatırladaq ki, Ronaldu "Leççe" ilə oyunun 62-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı turinlilərin xeyrinə 2:0 edib.

Portualiyalı cari mövsümdə bütün yarışlarda "Yuventus"un heyətində 35 görüşdə iştirak edərək 26 qol vurub, habelə 4 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru