Müller rekord müəyyənləşdirdi

28-06-2020, 09:11           
Müller rekord müəyyənləşdirdi
82 xal toplayaraq Almaniya Bundesliqasının qalibi olan "Bavariya”nın hücumçusu Tomas Müller yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu bu mövsüm 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu göstərici Bundesliqa tarixində yeni rekorddu. 26 çempionat matçına çıxan və 15 fərqli oyunda qol ötürməsi verən Tomas 8 qol da vurub.

Bundesliqa tarixində əvvəlki məhsuldar ötürmə rekordu Kevin de Breyneyə məxsus idi. O, buna 2014/15 mövsümündə "Volfsburq”un heyətində imza atmışdı. Hazırda "Mançester Siti”nin şərəfini qoruyan Belçika yığmasının üzvü həmin mövsümdə 20 məhsuldar ötürmə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru