Konor Makqreqor qayıdır?

1-08-2020, 00:05           
Konor Makqreqor qayıdır?
İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor karyerasını bərpa etməyə hazır olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, Makqreqor "Twitter" hesabındakı paylaşımında qeyd edib: "Mən çağırışı qəbul edirəm".

Son günlərdə, İsveçi təmsil edən Rusiya əsilli Xamzat Çimayev 32 yaşlı idmançıya meydan oxuyub. O, Həbib Nurməhəmmədovu təhqir etdiyi üçün Konoru döymək fikrinə düşdüyünü və 2018-ci ildə sırf bu məqsədlə İrlandiyaya yollandığını bildirib.

Xamzatla yanaşı, Toni Ferqyuson da Makqreqorla döyüşməyə hazır olduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru