UEFA-dan "Qarabağ" - "Molde" matçı ilə bağlı - Açıqlama

2-09-2020, 00:07           
UEFA-dan "Qarabağ" - "Molde" matçı ilə bağlı - Açıqlama
UEFA "Qarabağ" və Norveç "Molde"si arasında keçirilməli olan Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ilə bağlı məsələdən xəbərdardır və hazırda situasiyanı öyrənir.

Bu barədə Avropa futbol qurumu "Report"un sorğusuna cavab olaraq bildirib. "Hazırkı mərhələdə əlavə şərhimiz yoxdur" deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" qarşılaşması sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməlidir. Lakin "Molde" rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, görüşün neytral ölkədə təşkilini təklif edib. "Qarabağ" klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru