40 yaşlı futbolçu küçədə güllələndi

6-09-2020, 10:35           
40 yaşlı futbolçu küçədə güllələndi
Bir vaxtlar İngiltərə Premyer Liqasında çıxış etmiş keçmiş futbolçusu Cermeyn Conson güllələnib.

Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.

Xəbərə görə, 40 yaşlı keçmiş idmançı Yamaykanın Kinqston küçələrində atışmanın gedişatında qarnından yaralanıb.

Naməlum şəxslərin avtomobildən açdığı atəş nəticəsində Consonla yanaşı, daha bir neçə nəfər yaralanıb. Sabiq futbolçu xəstəxanaya çatdırılıb.

Consonun hadisə zamanı olduğu ərazi Kinqstonda cinayətkarlığın yüksək səviyyəsi ilə seçilir. Qeyd edilir ki, hücum ölkədə parlament seçkilərində səsvermədən sonra olub.

"Bolton Uonderers" komandasında Consonun aktivində 12 matç var. O, milli komandanın heyətində 73 oyun keçirib. Cermeyn Conson həmçinin digər komandalarda da çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru