UEFA Millətlər Liqası: Rusiya yığması Macarıstana qalib gəldi

7-09-2020, 00:03           
UEFA Millətlər Liqası: Rusiya yığması Macarıstana qalib gəldi
Futbol üzrə Rusiya yığması Millətlər Liqasının qrup mərhələsində Macarıstan seçməsi ilə qarşılaşıb.

KONKRET.az xəbər verir ki, matç Budapeştin “Puşkaş Arena” stadionunda boş tribunalar qarşısında keçirilib.

Qarşılaşmanı Maurisio Marianinin başçılığı ilə italiyalı hakimlər briqadası idarə edib.

Oyun Rusiya yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Rusiya yığmasının heyətində Anton Mirançuk (15-ci dəqiqə), Maqomed Ozdoyev (34) və Mario Fernandes (46) fərqləniblər. Macarıstan azarkeşlərini isə Roland Şallai (62-ci dəqiqə) və Nemanya Nikoliç (70) öz qolları ilə sevindirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru