Mahir Emreli İspaniyaya gedir

8-10-2020, 23:53           
Mahir Emreli İspaniyaya gedir
Azərbaycan milli komandasının heyətində zədələnən “Qarabağ”ın futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. 23 yaşlı futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

“Qafqazinfo” xəbər verir ki, hücumçu müayinə və müalicə olunmaq üçün sabah İspaniyaya gedəcək. Ağdam klubunun futbolçusu zədəsini daha tez bərpa etmək üçün İspaniyaya yollanmağı üstün tutub.

Emrelinin hansı müddətdə yaşıl meydanlara qayıdacağı bəlli olmasa da, onun Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə görüşü, Avropa Liqasının qrup mərhələsinin I turunda “Makkabi”yə qarşı keçiriləcək matçı buraxacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru