Messi Maradonanı belə yad etdi, cəzalandırıldı - Foto

30-11-2020, 02:15           
Messi Maradonanı belə yad etdi, cəzalandırıldı - Foto
“Barselona”nın argentinalı ulduzu Lionel Messi La Liqanın 11 turunda vurduğu qolu noyabrın 25-də vəfat edən əfsanəvi futbolçu Dieqo Maradonaya həsr edib.

Axar.az xəbər verir ki, Messi “Osasuna” ilə oyunda vurduğu qoldan sonra formasını çıxarıb və altdakı “Nyuels Old Boys”un 10 nömrəli forması ilə Maradonanı yad edib.

Oyunun baş hakimi Lahoz argentinalı ulduza formasını çıxardığına görə sarı vərəqə göstərib.

Qeyd edək ki, Maradona 1993-cü ildə “Nyuels Old Boys”un heyətində çıxış edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru