İran karateçisi qızıl medalını Qarabağda ölmüş erməni döyüşçünün ailəsinə bağışladı...-FOTO

14-01-2021, 19:46           
İran karateçisi qızıl medalını Qarabağda ölmüş erməni döyüşçünün ailəsinə bağışladı...-FOTO
Ermənistanın kyokuşin karate üzrə 12-ci açıq çempionatında birinci yeri tutmuş İran idmançısı Əhməd Bağeripur öz qızıl medalını Qarabağda, Azərbaycana qarşı döyüşlərdə öldürülmüş erməni karateçi Artur Sukiasyanın ailəsinə hədiyyə etmək qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu haqda İranın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Artur Sukiasyan və Əhməd Bageripur bir neçə çempionatda birlikdə olublar və dostluq münasibətləri qurublar.
İranlı idmançı 13 yanvarda qızıl medalını Artur Sukiasyanın ailəsinə çatdırılması üçün Ermənistanın İrandakı səfirliyinin üçüncü katibi Qor Şahverdyana təqdim edib.
Sultan Laçın













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru