Türkiyə AVRO-2021-də iştirak hüququ qazandı

17-01-2021, 00:36           
Türkiyə AVRO-2021-də iştirak hüququ qazandı
Kişi voleybolçular arasında Avropa çempionatının final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib.

KONKRET.az xəbər verir ki, seçmə mərhələnin C qrupunda mübarizə aparan Türkiyə yığması 2021-ci ilin qitə çempionatına vəsiqəni təmin edib.

“Ay-ulduzlular” IV turun Şimali Makedoniya ilə görüşünün gedişində AVRO-2021-ə yüksəlib. Bunun üçün bir set qazanması yetərli olan qardaş ölkə təmsilçisi ikinci hissədə 25:21 hesablı qələbəyə sevinib. Hazırda davam edən görüşdə 1:2 (19:25, 25:21 23:25) hesabı ilə geridə olması da “ay-ulduzlular”a mane olmayıb.

Türkiyə turnirdə oynamaq hüququ qazanan 14-cü komanda olub. Polşa, Çexiya, Estoniya və Finlandiyanın meydan sahibini kimi qatılacağı turnirə Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya, Belçika AVRO-2019-un ən yaxşıları kimi yüksəlib. Latviya isə seçmə mərhələnin D qrupunda qalib adına yiyələnib.

Qeyd edək ki, final mərhələsinə vəsiqələr uğrunda mübarizə aparacaq komandalar sırasında Azərbaycan yığması da var. Millimiz F qrupunda Gürcüstan, Yunanıstan və Monteneqro ilə iki dövrədə qüvvəsini sınayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru