UFC prezidenti Nurməhəmmədov - Makqreqor revanşının vacibliyindən danışdı

23-01-2021, 09:18           
UFC prezidenti Nurməhəmmədov -
UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında revanş görüşünün keçirilməsinin vacib olmasının səbəbini açıqlayıb.

Bu barədə “BJPenn” məlumat yayıb.

“Bu döyüş çox pul gətirər. Aydındır ki, hər iki döyüşçü bu qarşılaşmadan yaxşı qazana bilər. Bunu ilk səbəb adlandıraq. İkinci səbəb - revanş onların ikisi üçün də vacibdir. Konorun yerində olsan, keçmiş məğlubiyyətə görə qisas almaq istəyərsən, Həbibin yerində olsan isə həqiqətən güclü olduğunu sübut etmək üçün Makqreqoru ikinci dəfə udmaq istəyərsən”, - deyə D.Uayt bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov dəfələrlə bir daha peşəkar rinqə qayıtmayacağını açıqlayıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru