“Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəm“ - Mesut Özil

27-01-2021, 22:13           
“Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəm“ - Mesut Özil
"Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm".

AzFakt.com xəbər verir ki, bu fikirləri Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.

33 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.

"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə "CBC Sport"dan Elçin Cəfərovun sualına cavab olaraq, Özil vurğulayıb.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru