Rus idmançı qadağan olunmuş zərbəyə görə çempionluq titulundan məhrum edildi - VİDEO

7-03-2021, 11:11           
Rus idmançı qadağan olunmuş zərbəyə görə çempionluq titulundan məhrum edildi - VİDEO
Rusiyalı MMA döyüşçüsü Pyotr Yan yüngül çəki dərəcəsində UFC çemopionluğu titulundan məhrum edilib.

Buna səbəb idmançının amerikalı Alcameyn Sterlinqlə döyüşdə rəqibinə qarşı qadağan edilmiş zərbədən istifadə etməsi olub.

ABŞ-ın Las-Veqas şəhərində UFC 259 turniri çərçivəsində baş tutmuş döyüşün 4-cü raundunda rusiyalı döyüşçü dizi ilə rəqibin başına qadağan edilmiş zərbə vurduğu üçün diskvalifikasiya edilib və qələbə Sterlinqə verilib.

Qeyd edək ki, 2018-ci ildən peşəkar döyüşlərdə iştirak edən Pyotr Yan ötən ilin iyulunda çempionluq kəmərinə sahib olmuşdu. O, ümumilikdə 16 döyüş keçirib və bunların 14-də qələbə qazanıb.oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.