Azərbaycan atleti ermənini üstələyərək, Avropa vitse-çempionu oldu

7-03-2021, 16:18           
Azərbaycan atleti ermənini üstələyərək, Avropa vitse-çempionu oldu
Azərbaycan atleti Aleksis Kopello Polşada davam edən Qış Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, kubalı legioner üç təkanda 17.04 metr tullanmağı bacarıb. Bununla da Kopello mövsümün ən yaxşı nəticəsini göstərib.

Avropa çempionluğunu əslən kubalı daha bir atlet, Portuqaliya təmsilçisi Pedro Pablo Piçardo 17,30 metr göstərici ilə əldə edib. Almaniyalı Maks Heb isə 17,01 metr nəticə ilə bürünc medalçı olub.

Kopellonun üstələdiyi atletlər arasında Ermənistan təmsilçisi Levon Ağasyan da olub. Ağasyan 16,55 m tullanaraq, 5-ci yerlə kifayətlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru