DÇ-2022: Türkiyə Latviyaya, Portuqaliya Lüksemburqa qarşı

30-03-2021, 08:04           
DÇ-2022: Türkiyə Latviyaya, Portuqaliya Lüksemburqa qarşı
Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start veriləcək.

"Report"un məlumatına görə, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma təşkil ediləcək.

Azərbaycan yığmasının Serbiyanı qəbul edəcəyi A qrupunda Portuqaliya Lüksemburqun qonağı olacaq. Bu qrupda yer alan İrlandiya seçməsi yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək.

E qrupunda Çexiya Uelslə, Belarus isə Belçika ilə qarşılaşacaq.

G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanı sınağa çəkəcək. Niderland Cəbəllütariqın qonağı olacaqsa, Monteneqro Norveçi qəbul edəcək.

DÇ-2022, seçmə mərhələ
III tur
30 mart

A qrupu
20:00. Azərbaycan - Serbiya

22:45. Lüksemburq - Portuqaliya

Yoldaşlıq görüşü

22:45. Qətər - İrlandiya

Xal durumu: Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3 (1), Azərbaycan - 0 (1), İrlandiya - 0

E qrupu

22:45. Uels - Çexiya

22:45. Belçika - Belarus

Xal durumu: Çexiya - 4, Belçika - 4, Belarus - 3 (1), Uels - 0 (1), Estoniya - 0

G qrupu

22:45. Cəbəllütariq - Niderland

22:45. Monteneqro - Norveç

22:45. Türkiyə - Latviya

Xal durumu: Türkiyə - 6, Monteneqro - 6, Niderland - 3, Norveç - 3, Latviya - 0, Cəbəllütariq - 0

H qrupu

20:00. Kipr - Sloveniya

22:45. Slovakiya - Rusiya

22:45. Xorvatiya - Malta

Xal durumu: Rusiya - 6, Sloveniya - 3, Xorvatiya - 3, Slovakiya - 2, Kipr - 1, Malta - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru