Məşhur futbolçu vəfat etdi 1-04-2021, 19:52 İngiltərənin "Yovil Taun" klubunun futbolçusu Li Kollinz dünyasını dəyişib.Pravda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitan 32 yaşında vəfat edib.İngiltərəli oyunçunun ölüm səbəbi açıqlanmayıb. Komandanın səviyyəcə 5-ci liqadakı növbəti matçı təxirə salınıb.Qeyd edək ki, Li Kollinz karyerası ərzində "Port Vayl", "Barnsli", "Şrusberi" və "Mansfild" klublarının da formasını geyinib.Report Facebook-da paylaş