“Mançester Siti”nin qələbə seriyası öz meydanında qırıldı - VİDEO

11-04-2021, 09:53           
“Mançester Siti”nin qələbə seriyası öz meydanında qırıldı - VİDEO
İngiltərə Premyer Liqasının XXXI turunda “Lids”lə qarşılaşan “Mançester Siti” 1:2 hesabı ilə məğlub olub.

Bununla “şəhərlilər”in ardıcıl 6 matçlıq qələbə seriyasına son qoyulub.

Bu yenilgiyə baxmayaraq, Pep Qvardiolanın yetirmələri çempionluğa daha yaxındır. Finişə birinci çatmaq üçün mançesterlilərə son 6 matçda cəmi 11 xal toplamaq kifayətdir. Komanda bunu bacararsa, rəqiblərin nəticələrindən asılı olmayaraq, mövsümü çempion kimi tamamlayacaq və 7-ci dəfə qızıl medallara yiyələnəcək.

“Mançester Siti” hazırda ən yaxın izləyicisi “Mançester Yunayted”i 14 xal qabaqlayır. Ancaq ikincilərin ehtiyatında hələ iki görüş var.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru