İngiltərə Premyer Liqası: "Arsenal" "Şeffild Yunayted”ə qalib gəldi

12-04-2021, 06:03           
İngiltərə Premyer Liqası: "Arsenal" "Şeffild Yunayted”ə qalib gəldi
Londonun "Arsenal" komandası İngiltərə Premyer Liqasının matçında "Şeffild Yunayted"ə qalib gəlib.

“Report” xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində Qabriel Martinelli və Aleksandr Lyakazett (dublla) fərqləniblər.

Mikel Artetanın yetirmələri 45 xal yığaraq, İngiltərə çempionatının yarış cədvəlində doqquzuncu yeri tuturlar. "Topçular" növbəti turda evdə "Fulhem"ə qarşı oynayacaqlar. Görüş 18 apreldə olacaq.

Aktivində 14 xalı olan "Şeffild Yunayted" yarış cədvəlində 20-ci yerdədir. Komanda növbəti turda "Vulverhempton"la qarşılaşacaq. Matç aprelin 17-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru