"Atletiko" "Betis"lə matçda qələbəni əldən verdi 12-04-2021, 06:36 İspaniya Primerasının 30-cu turunun matçında "Betis" “Atletiko” (Madrid) ilə qarşılaşıb.“Report” xəbər verir ki, görüş Sevilyada "Benito Vilyamarin" stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb.Qarşılaşmada hesab 5-ci dəqiqədə açılıb. “Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko Anhel Korreanın ötürməsini qola çevirib. Matçın 20-ci dəqiqəsində “Betis”in müdafiəçisi Kristian Telyo hesabı bərabərləşdirib."Atletiko" 67 xal yığaraq İspaniya çempionatını yarış cədvəlinə liderlik edir. "Betis" 47 xalla yarış cədvəlində altıncı yerdədir. Facebook-da paylaş