Nəriman ikinci dəfə kəmərini müdafiə etdi, rusiyalı idmançı döyüşdən qaçmağa başladı - VİDEO

12-04-2021, 06:01           
Nəriman ikinci dəfə kəmərini müdafiə etdi, rusiyalı idmançı döyüşdən qaçmağa başladı - VİDEO
Rusiyanın paytaxtı Moskvada keçirilən “AMC Fight Night 100” döyüş gecəsində azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov ikinci dəfə yüngül çəkidə qazandığı kəməri müdafiə edə bilib.

Oxu.Az-ın xəbərinə görə, “Çingizxan” ləqəbli idmançı rusiyalı MMA döyüşçüsü Şamil Əmirovla qarşılaşıb.

Ağıllı taktika ilə döyüşü müdafiədə keçirən Nəriman ikinci raunddan etibarən rəqibin yorğunluğundan yararlanmağa başlayıb.

Üçüncü raundda rusiyalı idmançı oktaqonda döyüşdən qaçmağa çalışıb. Nəticədə baş hakim Əmirovun Nərimanın zərbələri qarşısında müqavimət göstərə bilmədiyini görüb, döyüşü Nərimanın xeyrinə saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru