“Beşiktaş” qələbə qazandı - Liderliyini qorudu

12-04-2021, 09:26           
“Beşiktaş” qələbə qazandı - Liderliyini qorudu
Futbol üzrə Türkiyə çempionatının XXXIV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Ərzurumspor”un qonağı olub.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi meydan sahiblərini 4:2 hesabı ilə məğlub edib.

Qonaq komandanın qollarını Kayl Larin, Oğuzxan Özyaqub, Raçid Qezzal və Gökhan Töre vurub. Ərzurum klubunun heyətində isə Leo Şveçlen və Emrah Bessan fərqlənib.

Günün digər qarşılaşmasında "Antalyaspor" səfərdə "Kayserispor"a minimal hesabla uduzub.

"Sivasspor" doğma meydanda "Konyaspor"u 3:1 hesabı ilə üstələyib. "Ankaragücü"də öz meydanında "Gənclərbirliyi"ni 2:1 hesabla udub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 70 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 63 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 62 xala malik olan “Qalatasaray" qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXIV turda "Başakşəhər” istirahət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru