Avropa Superliqasının sponsoru bəlli oldu

20-04-2021, 00:05           
Avropa Superliqasının sponsoru bəlli oldu
ABŞ-ın “JPMorgan Chase & Co” maliyyə şirkəti Avropa Superliqasının ilk sponsoru olacaq. Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata əsasən, şirkət Superliqa ilə 23 illik əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, Superliqanın fəaliyyət göstərəcəyi ilk ildə ABŞ bankı turnirə 4 milyard avro sərmayə yatıracaq. Bunun müqabilində isə şirkət turnirdə pay sahibi olacaq.

Qeyd edək ki, “JP Morgan” futbol aləminə yaxın olan maliyyə qurumlarından biridir. Hazırda “Manchester United”in icraçı direktoru Ed Vudvard keçmiş bank rəhbərlərindən biri olub. Ötən illərdə bank “Roma”, “İnter” və “Real” kimi klubların bir sıra layihələrini maliyyələşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru