Avropa çempionatının final mərhələsinin keçiriləcəyi məkan açıqlandı

20-04-2021, 14:31           
Avropa çempionatının final mərhələsinin keçiriləcəyi məkan açıqlandı
19 yaşadək futzalçılar arasında 2022-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunları İspaniyanın Əndəlüs vilayətindəki "Olivo Arena”da keçiriləcək.

Sport7.az xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Arena 6500 azarkeş tutumuna malikdir.

Mərhələlər üzrə keçiriləcək oyunların təqvimi də məlumdur:

7 iyul 2021 – İlkin mərhələnin püşkatması

2-7 noyabr 2021 – Bu mərhələnin oyunlarının keçirilməsi

15-20 mart 2022 – Əsas mərhələ

3-10 sentyabr 2022 – Final mərhələsi

Final mərhələsində qalib adı uğrunda yenə 8 komanda iki qrupda mübarizə aparacaq.

Bu yaş qrupu üzrə ilk qitə birinciliyi 2019-cu ildə Latviyanın Riqa şəhərində təşkil olunub. Qalib isə İspaniya futzalçıları olub. Təqvim üzrə ikinci yarış bu il keçirilməli idi. Amma COVİD-19 pandemiyası ilə əlaqədar turnir bir il sonraya ertələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru