Mariya Stadnik Avropa çempionatında yarımfinala yüksəldi 21-04-2021, 17:21 Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.Sfera.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.Stadnik Rusiya təmsilçisi Yekaterina Poleşçuku məğlub edərək yarımfinala adlayıb.68-də yarışan Elis Manolova 1/8 finalda Tindra Syöberqdən (İsveç) güclü olub, lakin növbəti raundda Nesrin Bas (Türkiyə) ilə dueldən məğlub ayrılıb.Səbirə Əliyeva (76 kq) isə 1/4 finalda Epp Maeeyə (Estoniya) uduzub.Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq. Facebook-da paylaş