Bilbao Avropa Çempionatının oyunlarına ev sahibliyi etməkdən imtina etdi

22-04-2021, 07:06           
Bilbao Avropa Çempionatının oyunlarına ev sahibliyi etməkdən imtina etdi
İspaniyanın Bilbao şəhərinin hakimiyyət orqanları futbol üzrə Avropa Çempionatının oyunlarına ev sahibliyi etmək hüququndan imtina ediblər.

Trend-in məlumatına görə, bu barədə şəhər administrasiyasının saytında deyilir.

Bildirilir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) aprelin 21-i Bilbaonun təşkilat komitəsinə şəhərin birtərəfli qaydada Avropa Çempionatl oyunlarına ev sahibliyi etmək hüququndan məhrum olması barədə bildiriş göndərib. UEFA rəhbəri Aleksandr Çeferin daha əvvəl Avropa Çempionatının oyunlarının boş tribunalar qarşısında keçirilməsinə icazə verməyəcəyini bildirmişdi.

Məlumata əsasən, təşkilat komitəsi UEFA-nın davranışını tənqid edib. Qeyd edilir ki, şəhər Avropa Çempionatının oyunlarına ev sahibliyi etmək hüququ əldə etdiyi andan etibarən baş təşkilatın bütün tələblərini yerinə yetirib, lakin şəhər rəhbərliyi pandemiya şəraitində vətəndaşların sağlamlığına UEFA-nın tələblərindən daha çox önəm verir.

Vurğulanır ki, Bilbao Avropa Çempionatı tədbirlərinin təşkili üçün 1,2 milyon avrodan çox pul xərcləyib və təzminat tələb etmək niyyətindədir.

Qeyd edək ki, Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin yekun siyahısı UEFA tərəfindən aprelin 23-ü təsdiq ediləcək. Hazırda turniri azarkeşlərin meydanlara buraxılması şərtilə Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhaqen, London və Roma keçirməyə hazırdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru