"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb 23-04-2021, 07:00 İsveçli hücumçu Zlatan İbrahimoviç İtaliyanın "Milan" futbol klubu ilə müqaviləni yeniləyib.Trend-in məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.Məlumata əsasən, 39 yaşlı oyunçu ilə yeni müqavilə bir mövsüm uzadılıb.Z.İbrahimoviç "Milan"da 2020-ci ildən bəri oynayır, bundan əvvəl o 2010-2012-ci illərdə komandanı təmsil edib. Facebook-da paylaş