Daha bir güləşçimiz ermənini məğlub etdi

24-04-2021, 20:04           
Daha bir güləşçimiz ermənini məğlub etdi
Yunan-Roma güləşi üzrə idmançımız Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Busaat.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib. O, medal uğrunda görüşdə ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Qeyd edək ki, Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru