Azərbaycan futbolunun rüsvayçı oyunu: Üç qırmızı, 19 sarı vərəqə, üç penalti, bir sayılmayan qol

26-04-2021, 16:50           
Azərbaycan futbolunun rüsvayçı oyunu:
Azərbaycan Premyer Liqasının XXIV turunun “Sabah” – “Neftçi” oyunu (2:2) hakim qalmaqalı ilə yadda qalıb.
Baş hakim Vüqar Həsənli Masazır qəsəbəsindəki “Kapital Bank Arena”da keçirilən qarşılaşmada meydan sahiblərinin üç futbolçusuna qırmızı vərəqə göstərib.

O, “Sabah”ın futbolçuları – Bəhlul Mustafazadəni (58-ci dəqiqə), Filip İvanoviçi (86-cı dəqiqə) və Təmkin Xəlilzadəni (89-cu dəqiqə) meydandan qovub. Həmçinin, “Sabah”ın serb məşqçisi Miloş Yevtiç də 90+1-ci dəqiqədə təhqiredici jestə görə qırmızı vərəqə alıb.

Ümumilikdə isə bu matçda 19 sarı vərəqə göstərilib. Bunlardan üçü məşqçilərə – Miloş Yevtiçə (89-cu dəqiqə), Ramin Quliyevə və Samir Abbasova (hər ikisinə oyundan sonra) tuşlanıb.

Matçda isə üç penalti təyin olunub: biri “Neftçi”nin, ikisi “Sabah”ın qapısına. “Neftçi”nin yaponiyalı ulduzu Keysuke Hondanın vurduğu təmiz qol isə passiv oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru