Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

27-04-2021, 07:53           
Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, bu raundun ilk qarşılaşması İspaniyada baş tutacaq.

"Real Madrid" İngiltərənin "Çelsi" komandasını qəbul edəcək. "Alfredo Di Stefano" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərinin heyətində kapitan Serxio Ramos, Ferlan Mendi, Federiko Valverde və Lukas Vaskes zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə yeganə itki zədəli Mateo Kovaçiçin yoxluğudur.

Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru