"Əfsanə olmaq yox, yaşamaq istəyirəm"

28-04-2021, 00:07           
"Əfsanə olmaq yox, yaşamaq istəyirəm"
Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku çempionluqdan sonra fikirlərini bölüşüb.


Fanat.Az xəbər verir ki, rumın çalışdırıcı "Gazeta Sporturilor"a belə danışıb:

"Yaxamı təqyiqlərdən kənara çəkə, öz rahatlığım üçün asan olanı seçə bilərdim. Məsələn, Rumıniya çempionatında hansısa klubu çalışdırmağa razılaşmaq olardı. Amma mənim üçün yüksək səviyyəli rəqabət çox önəmlidir. Çoxları məni əfsanə sayır. Bununla razı deyiləm. Əfsanə olmaq yox, yaşamaq istəyirəm!

Məndəki entuziazm indiki kimi qalsa, heç vaxt dayanmayacağam. Kiyevdəki ilk mətbuat konfransımda demişdim ki, mənim böyük azarkeşlərim yaşı 70-i ötmüş adamlar olacaq. Mənim qələbəm onların qələbəsidir. Sübut etdim ki, istənilən yaşda uğur qazanmaq mümkündür".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru