UEFA qadın futboluna ayrılan pulu 4 dəfə artıracaq

28-04-2021, 00:07           
UEFA qadın futboluna ayrılan pulu 4 dəfə artıracaq
Bu məbləğin 23 faizi aparıcı liqalardan turnirə vəsiqə qazana bilməyən klublara həmrəylik ödənişi kimi veriləcək.

UEFA 2020/2021 mövsümündən qadın futbol klublarına ödənişləri 4 dəfə artıracaq.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, qadınlar arasında Çempionlar Liqasındakı (ÇL) format dəyişikliyindən sonra baş verəcək.

Yeni mövsümdən ödənişlərin ümumi məbləği 24 milyon avro təşkil edəcək. Bu məbləğin 23 faizi aparıcı liqalardan turnirə vəsiqə qazana bilməyən klublara həmrəylik ödənişi kimi veriləcək. Vəsait qadın futbolunun inkişafı üçün istifadə olunmalıdır.

Qeyd edək ki, yeni qaydalara görə, qrup mərhələsində oynayan komandalar minimum 400 000 avro qazanacaqlar. Qalib turnir boyu nəticələrə görə 1,4 milyon avroyadək qazanacaq. Qalib isə turnir boyu göstərdiyi nəticələrə əsasən, 1,4 milyon avroya qədər gəlir əldə edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru