"Yuventus"un hücumçusu Kriştiano Ronaldo özünün "Tvitter" hesabında fəlsəfi paylaşımla diqqət çəkib. Teref.az qol.az-a istinadla xəbər verir ki, portuqaliyalı hücumçu uğurun mahiyyəti ilə bağlı yazıb:
"Uğur, xəyallarınız bəhanələrinizdən daha böyük olduğu zaman gəlir".
Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 25 qol vurub və hazırda bombardir. O, son üç matçda qol vura bilməyib.