Çempionlar Liqası: "Mançester Siti" son finalçıya qarşı
28-04-2021, 07:55
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.
"Report"un məlumatına görə, İngiltərənin "Mançester Siti" komandası Fransada ötən mövsümün finalçısı PSJ ilə üz-üzə gələcək. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Vacib oyun öncəsi komandaların heyətində itki yoxdur. Sadəcə, Paris təmsilçisində müdafiəçi Markinyosun meydana çıxıb-çıxmayacağı sual altındadır.
Yarımfinalın digər oyununda İngiltərə təmsilçisi "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1.