Maradonanın ölümü ilə bağlı sirlər üzə çıxır: Ekspertlər hesabat təqdim etdi

28-04-2021, 11:35           
Maradonanın ölümü ilə bağlı sirlər üzə çıxır:
Tibbi şura əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən əvvəlki son saatları və son günlərini, həmçinin həkimlərinin apardığı müalicəni araşdırıb.

Qaynarinfo xəbər verir ki, ekspertlərin nəticələri ilə bağlı materialı "Clarin” qəzeti çap edib.

Tibbi heyət üzvləri Maradonanın həkimlərinin hərəkətlərində səhvlər müəyyən edib. Beləliklə, onu fərqli bir şəkildə müalicə etməli ikən həkim və psixiatrlar onun ürək problemləri və sirrozuna yetərincə əhəmiyyət verməyiblər.

Bundan əlavə, komissiyanın əldə etdiyi nəticələr Maradonanın səhər otağında gəzişdiyini iddia edən tibb bacısının ifadələri ilə ziddiyyət təşkil edir. Ancaq mütəxəssislər onun çox əvvəl öldüyünü təsbit ediblər.

Qəzetin yazdığına görə, bu hesabat Maradonanın ölümü ilə bağlı daha sərt ittihamlara səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru