Güləşçimiz finalda erməni ilə qarşılaşacaq

1-05-2021, 00:03           
Güləşçimiz finalda erməni ilə qarşılaşacaq
Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından HİT.az-a verilən məlumata görə, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) iki Rusiya güləşçisinə qalib gələrək 1/4 finala yüksəlib. Amma yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan 65 kq-dakı Sabir Cəfərov iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

70 kq-da yarışan Cəbrayıl Hacıyev ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan Hacıyev finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi Rusiyanı təmsil edən erməni idmançı Arsen Balayan olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru