Azərbaycan sərbəst güləşçiləri tarixi antirekorda imza atdı

7-05-2021, 09:41           
Azərbaycan sərbəst güləşçiləri tarixi antirekorda imza atdı
Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında cəmi 3 sərbəst güləşçi təmsil edəcək.

Bu, antirekord göstəricidir.

Əvvəlki olimpiadalarda ən pis halda 4 sərbəst güləşçi mübarizə aparıb:

1996. Atlanta - 6

2000. Sidney - 6

2004. Afina - 4

2008. Pekin - 7

2012. London - 6

2016. Rio-de-Janeyro - 6

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına sərbəst güləş növündə maksimum 6 lisenziya qazanmaq olar. Azərbaycan təmsilçilərindən Şərif Şərifov (97 kq) 2019-cu il dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə builk Avropa Təsnifat Turnirində bu vəzifənin öhdəsindən gəlib. Son şans sayılan Dünya Təsnifat Turnirində Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) lisenziyasız qalıb.//report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru