Böyük Dəbilqə: Daha bir cüdoçumuz mübarizəyə başlayır

7-05-2021, 10:06           
Böyük Dəbilqə: Daha bir cüdoçumuz mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha bir cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, sonuncu yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxacaq.

O, 1/16 final mərhələsində Marius Fizellə (Slovakiya) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Ölkə yarışda 10 idmançı ilə təmsil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru