Xocalı Futbol Klubu futbolçuların qida rasionuna beləmi önəm verir? - FOTOFAKT

7-05-2021, 15:11           
Xocalı Futbol Klubu futbolçuların qida rasionuna beləmi önəm verir? - FOTOFAKT
Xocalı futbol klubu Feysbuk hesabındakı paylaşımı ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, klubun rəsmi hesabında azyaşlılardan ibarət yığmanın şəkli "Xocalı Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir" başlığı ilə paylaşılıb. Şəkildə maraqlı məqam ondan ibarətdir ki, azyaşlı futbolçuların əllərində enerji içkisi yer alır.


Enerji içkisinin sağlam qida kimi təqdim edilməsi və azyaşlılara təklif olunması isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, paylaşım tənqid hədəfinə tuş gəlib.

Qeyd edək ki, bəhs edilən foto artıq klubun Feysbuk hesabından silinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru