"Barselona"nın növbəti apelyasiyası rədd edildi

8-05-2021, 06:03           
"Barselona"nın növbəti apelyasiyası rədd edildi
İspaniya "Barselona"sının komandanın baş məşqçisi Ronald Kumana verilmiş cəzadan təkrar apelyasiyası rədd edilib.

"Report"un məlumatına görə, hollandiyalı mütəxəssis bu gün "Atletiko" ilə La Liqanın XXXV tur oyununu tribunadan izləməli olacaq.

Kuman "Qranada" ilə XXXI turdan təxirə salınmış görüşdə (1:2) meydandan qovulub. Bu səbəbdən, 2 oyunluq cəzaya məruz qalmış təcrübəli baş məşqçi ötən tur "Valensiya" ilə qarşılaşmanı (3:2) buraxmalı olub.

"Barselona" "Atletiko" ilə vacib görüşdə cəzanın qalan 1 oyunluq hissəsinin müvəqqəti dondurulmasını istəyib. Bu məqsədlə qərardan iki dəfə şikayət edilib. Lakin hər iki halda cavab mənfi olub.

"Atletiko" ilə görüşdə də komandanın sükanı arxasında Kumanın köməkçisi Alfred Sxroyder olacaq.

Qeyd edək ki, hazırda "Barselona" 34 oyundan 74 xalla "Real Madrid"lə birgə 2-3-cü yerləri bölüşdürür. "Atletiko" isə 76 xalla liderdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru